Ukraynaya məxsus Mi-8 helikopteri vurulub

15:27 - 18 Mart 2024 - DÜNYA

Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus Mi-8 helikopterini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə texnikası Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini məhv edib, həmçinin Ukraynanın 143 pilotsuz uçuş aparatını, “Vampire” və “Qrad” reaktiv yaylım atəş sistemlərindən 22 raketi, üç “Uraqan” raketini və bir “HIMARS” raketini vurub” - nazirliyin məlumatında deyilir.

Xəbər xətti