Rusiyada hərbi təyyarənin qəza səbəbi açıqlandı - ANBAAN GÖRÜNTÜLƏR (YENİLƏNİB)

14:48 - 12 Mart 2024 - DÜNYA

Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarə ilə bağlı məlumat yayıb

Ucnoqta.az xəbər verir ki, məlumata əsasən, martın 12-də Moskva vaxtı ilə saat 13:00 radələrində İl-76 hərbi-nəqliyyat təyyarəsi planlı uçuş üçün havaya qalxarkən İvanovo vilayətində qəzaya uğrayıb. Təyyarədə səkkiz ekipaj üzvü və yeddi sərnişin olub.

Hadisə yerindən verilən məlumata görə, qəzaya səbəb təyyarənin havaya qalxması zamanı mühərriklərdən birində baş verən yanğın olub.

14:26

Rusiyanın İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı görüntülər yayıb.
Bildirilir ki, təyyarə Severnı aerodromundan bir qədər kənara meşə plantasiyasına düşüb.

Tələfat və dağıntı barədə məlumat yoxdur. Hadisə yerinə xilasetmə briqadası göndərilib.

Xəbər xətti