Velosipedçi avtomobilin altında qalaraq ölüb.
Ucnoqta.az xəbər verir ki, faciəli qəza Sankt-Peterburqda baş verib. Velosipedçi dayanmış avtomobillərin yanında hərəkət edərkən qəfildən onlardan birinin sürücüsü qapını açıb. Velosipedçi birbaşa "Volvo"nun təkərləri altında qalıb.
Sürücünün reaksiya verməyə və əyləc etməyə vaxtı olmayıb. Velosipedçi dünyasını dəyişib.