Kanadanın Vankuver şəhərində yerli hava limanında uçuş-enmə zolağından qalxan təyyarəni ildırım vurub.
Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, göyərtəsində 550 sərnişin olan Air Canada Boeing 777-300 təyyarəsi Vankuverdən Londona uçurmuş.
Təyyarə tufanda havaya qalxarkən ildırım vurub. Hadisə şahidi təyyarənin havaya qalxmasını lentə alırdı və təsadüfən ildırımın hava gəmisinə dəydiyi anı lentə alıb.
Pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırım söndürmə sistemi sayəsində faciənin qarşısı alınıb.
Zərərçəkən olmayıb