Azərbaycanda idman müəllimi xadiməni döydü

10:00 - 5 Mart 2024 - HADİSƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nərminə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


İttihama görə, hadisə 2023-cü ilin martında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən, Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsinin dəhlizində qeydə alınıb.


Belə ki, sözügedən məktəbin fiziki hazırlıq müəllimi, 1968-ci il təvəllüdlü Nərminə Əsədova ilə həmin təhsil ocağında xadimə işləyən, zərərçəkmiş Günay Babayeva (şərti) arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə müəllim ifadəsində deyib ki, zərərçəkmiş şəxsin direktorla birgə bufeti işlətməsi olub. Novruz bayramı ilə əlaqədar olaraq tədbirlə bağlı məktəbə dəvət edilib. Orada Günaydan hansı səbəbə görə ailə üzvünə zəng etdiyini soruşub. Zərərçəkmiş də cavabında ona təhqiredici nalayiq sözlərlə “yaxşı eləmişəm” söyləyib.


Cinayət materiallarında qeyd edilib ki, Nərminə Əsədova məktəbdə ucadan qışqırıb səs-küy salaraq söyüşlər söyüb. Müəllim həmçinin, ondan 4-5 metr kənarda dayanan Günay Babayevanın üzərinə gedərək əl və ayaq zərbələri ilə vuraraq, qadına xəsarət yetirməklə, xuliqanlıq edib.


Hadisədən sonra zərərçəkmiş polisə müraciət edib və təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunub.


İstintaq orqanı tərəfindən Nərminə Əsədovanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Xəbər xətti