Əmircan qəsəbəsi ərazisində evlərin birindən 3100 manat pul və 3300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Oğurluqda şübhəli bilinən Mehman Süleymanov və Baloğlan Mehtiyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.