Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanıldı - FOTO

12:00 - 4 Mart 2024 - HADİSƏ

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıb.

Bu barədə Ucnoqta.az-a DSX-dən məlumat verilib

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Xəbər xətti