Hindistanın mərkəzində Madhya Pradeş əyalətinin Dindori rayonunda 14 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qəza gecə saatlarında bir qrup yerli sakin bayram tədbirində iştirak edərək evlərinə kəndə qayıdarkən baş verib. Sakinləri daşıyan pikap sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Qəza nəticəsində 14 nəfər həlak olub. Daha 21 nəfər yaralanıb. Zərərçəkənlər ən yaxın xəstəxanaya çatdırılıb.