Aktyor Alen Delonun Souls kommunasındakı evindən jandarmlar tərəfindən azı 72 silah və ən azı 3 min patron aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.
Məlumata görə, bunlar A və B kateqoriyalı atıcı silahlar, eləcə də kolleksiya silahlarıdır. Qeyd olunur ki, Delon, görünür, onu saxlamaq üçün heç bir icazəyə malik olmayıb. Aktyorun evinin ərazisində atış tirinin də aşkarlandığı bildirilir.
Montarji kommunasının prokurorluğu arsenalın aşkar edilməsi ilə bağlı araşdırma aparır. Le Parisien istisna etmir ki, Delonun evində araşdırma və sonradan axtarış aparılmasına səbəb onun qızı Anuşka ilə Elleyə verdiyi müsahibədə atasının odlu silahlara marağı barədə ətraflı danışıb.
Bu ilin yanvar ayının sonunda BFMTV kanalı Delonun məhkəmə nəzarəti altına alındığını və bir sıra hüquqlar, o cümlədən daşınmaz əmlaka sərəncam verməklə məhdudlaşdırıldığını bildirmişdi. Bildirilri ki, qəyyumluq işləri üzrə xüsusi hakim Delon və qızı Anuşkanın vəkillərinin isveçrəli həkim tərəfindən aktyorun səhhətinin qiymətləndirilməsinin zəruriliyi ilə bağlı müraciətindən sonra müvafiq tədbir seçib.