“Air Serbia” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxarkən gövdəsində böyük dəlik açılıb və bir saat sonra təcili eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Məlumata görə, "Embraer E195LR" fevralın 18-də Belqraddan Düsseldorfa uçurmuş. Uçuş zamanı parametrlərin düzgün hesablanmaması səbəbindən təyyarə uçuş-enmə zolağının işıqlarına toxunub. Qeyd olunur ki, bort daha 20 dəqiqə hündürlük qazanmağa davam edib, bundan sonra pilotlar təcili geri qayıtmaq qərarına gəliblər. Ümumilikdə zədələnmiş təyyarə bir saat havada qalıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.