Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.
Ucnoqta.az report-a istinadən verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.