Lənkəranda dəm qazından zəhərlənmə halları baş verib.
APA-nın məlumata görə, 1964-cü il təvəllüdlü Nayibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından zəhərləniblər.
Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından zəhərlənib.
Hər üç şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.