Azərbaycana heroin keçirən TIR sürücüsü, 1980-ci il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib.
A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.
Həmçinin son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.