Penitensiar xidmət və DİN-dən birgə əməliyyat: “Kalaşnikov” aşkarlandı - FOTO

18:55 - 15 Fevral 2024 - HADİSƏ

Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti