Valideynlərini və azyaşlı qardaşını öldürən şəxs tutulub

18:37 - 13 Fevral 2024 - HADİSƏ

Xətai rayonunda bir ailənin üç üzvünün qətli ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər xətti