Suraxanı rayonunda saxlanılan şəxsdən 3 kiloqram narkotik vasitə aşkar edilib.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.
Onun üzərindən 3 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar edilib. Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.
Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.