Neftçalada 18 yaşlı qız dəm qazından boğulub

23:02 - 11 Fevral 2024 - HADİSƏ

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, olay şəhərin M. Hadi küşəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti