Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo mövsümi Ər-Riyad kuboku uğrunda yoldaşlıq görüşündə məğlub olduqdan sonra “Əl-Hilal”ın simvollarına hörmətsizlik edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Oyundan sonra tribunaya gedərkən 39 yaşlı portuqaliyalı rəqibinin ona atılan şərflərindən birini götürərək şortunun içinə salaraq və özünü silib atıb.
Oyun fevralın 8-də Ər-Riyadda keçirilib və 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb. Bu, Ronaldonun zədədən sonra ilk oyunudur. O, meydana start heyətində daxil olub, bütün oyunu keçirib və 54-cü dəqiqədə sarı vərəqə alıb.