Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.
İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.
Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.