Astarada azyaşlı uşaq qızılcadan ölüb

12:09 - 8 Fevral 2024 - HADİSƏ

Astara rayonunda azyaşlı uşaq qızılcadan ölüb.

“Report”un məlumatına görə, hadisə rayonunun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ağamir oğlu Əliyevdə 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti