Honq-Konqda beynəlxalq hava limanında yerüstü xidmət işçisi təyyarənin vurulması nəticəsində dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Honq Konq radiostansiyası RTHK məlumat yayıb.
Qeyd olunur ki, hadisə təyyarə yedəyə alınarkən baş verib.
İlkin araşdırma zamanı məlum olub ki, mərhum həmkarının idarə etdiyi qoşquda olan sərnişin olub. Gəncin maşından düşdüyü və daha sonra təyyarə tərəfindən vurulduğu iddia edilir.
Hüquq-mühafizə orqanları hadisəni müvəqqəti olaraq ölümlə nəticələnən qəza kimi qiymətləndirib.
Aeroport administrasiyasının bildirdiyinə görə, hadisə baş verən zaman həmin şəxs, ehtimal ki, təhlükəsizlik kəməri taxmayıb. Hava limanının rəhbərliyi mərhumun ailəsinə yardım göstərməyə hazır olduğunu bildirib.