Bloqer Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, R.Ramazanov qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Ramazanovun 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. R.Ramazanov əvvəllər də narkotik dövriyyəsinə görə məhkum edilib.