Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törətdi

11:00 - 5 Fevral 2024 - HADİSƏ

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti