Leninqrad vilayətində 17 yaşlı texnikum tələbəsi azyaşlı qıza təcavüz edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Telekanalın məlumatına görə, qızın anası polisə ərizə yazıb. O, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər gəncin onlara baş çəkməyə gəldiyini söyləyib. Zərərçəkmişin 9-10 yaşı olub.
Artıq şübhəli şəxs saxlanılıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (“Zorlama”) və 132-ci (“Seksual xarakterli zorakılıq hərəkətləri”) maddələri ilə iş açılıb.