Azərbaycanlı iş adamı Ukraynada dünyasını dəyişdi

14:47 - 1 Fevral 2024 - HADİSƏ

Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.

Konkret.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

İş adamının qəfildən ürəyi dayanıb.

Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.

Xəbər xətti