Milli komandanın futbolçusu cinsi təcavüzdə şübhəli bilinir

13:45 - 1 Fevral 2024 - HADİSƏ

Fransanın "Reyms" futbol klubunun və Yaponiya millisinin yarımmüdafiəçisi Junya İto iki qadına qarşı cinsi təcavüzdə şübhəli bilinir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” qəzeti Yaponiyanın “Daily Shincho” nəşrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, insident 2023-cü il iyunun 21-nə keçən gecə Yaponiya və Peru milliləri arasında yoldaşlıq oyunundan (4:1) sonra baş verib.

Xəbər xətti