Şadlıq sarayında təmir işi aparan usta yıxılaraq ölüb

12:36 - 30 Yanvar 2024 - HADİSƏ

Yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində təmir işi aparan usta yıxılaraq ölüb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti