Barmağından əməliyyat edilən kişi öldü

11:31 - 30 Yanvar 2024 - HADİSƏ

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayon sakini, 1961-ci il təvəllüdlü Cavadov Sahib Rəşid oğlu dünən həmin tibb ocağında əməliyyat edilib.

Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa vaxt sonra pisləşib və vəfat edib.

Bildirilir ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti