Evdən 17 minlik qızıl oğurlanıb

11:23 - 29 Yanvar 2024 - HADİSƏ

Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti