“Mercedes” TIR-ın altına girdi - VİDEO

11:17 - 29 Yanvar 2024 - HADİSƏ

Ələt-Asara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yağışlı hava şəraitində manevr edən “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə ötmə əməliyyatı edən avtomobil sağ tərəfdə hərəkətdə olan ağırtonnajlı yük maşını TIR-a çırpılıb. Avtomobilin sağ tərəfi yük maşınının alt hissəsinə toxunub və yarıaşmış vəziyyətdə qalıb.

Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Xəbər xətti