Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır

17:32 - 26 Yanvar 2024 - HADİSƏ

 

Bakıda dəm qazından boğularaq ölən qardaşlar Tovuzda dəfn ediliblər.

APA-nın yerli bürosunun məlumatına görə, onlar doğulduqları Ağbulaq kəndində torpağa tapşırılıblar.

Dəm qazından boğularaq dünyasını dəyişən qardaşların atası Asif Həsənov bildirib ki, övladları Bakıda kirayədə qaldıqları evdə sobadan yaranan dəm qazından boğulublar. Onun sözlərinə görə, 24 yaşlı Əli və qardaşı 22 yaşlı Sərxan yuxuda olan zaman dəm qazından zəhərləniblər. Onlardan xəbər ala bilməyən yaxınları evə gedib və qardaşların meyitini aşkarlayıblar.

***
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti