Bakıda külli miqdarda pul oğurlanıb.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.