Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.
Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
13:18
Bakıda mərasim evinin tavanı çöküb.
Daxili İşlər Nazirliynindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.
Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.