Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində keçirilən növbəti tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rəşad Həsənov saxlanılıb. Ondan 1 ədəd “Naqan” tipli tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 5 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.