Bakıda mənzildən oğurluq edilib.
Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.