Qazaxda 13 yaşlı qız qızılcadan ölüb

21:18 - 18 Yanvar 2024 - HADİSƏ

Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib.

Hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.

Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.

Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib.

Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir

Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.///apa

Xəbər xətti