15 və 16 yanvar 2024-cü il tarixlərində 29 nömrəli tam orta məktəbdə 1 nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib.
Məktəbdən Ucnoqta.az-a verilən məlumata görə, sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.
Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü şagird yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.