Bakıda iki məktəbli itkin düşüb

09:45 - 18 Yanvar 2024 - HADİSƏ

Bakıda iki məktəbli itkin düşüb.

 Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən vətəndaş 2007-ci il təvəllüdlü qohumu A.Məmmədovun yanvarın 15-dən itkin düşdüyünü bildirib.

O bildirib ki, A.Məmmədov həmin gün saat 09:00 radələrində Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Bundan başqa, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan G.Nəzərova da polisə müraciət edərək məktəbli qızının itkin düşdüyünü bildirib. O qeyd edib ki, 2007-ci il təvəllüdlü qızı Z.Nəzərova yanvarın 16-da saat 15 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki müraciət üzrə araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti