Rusiyanın 500 milyon dollarlıq təyyarəsi belə vurulub - TƏFƏRRÜAT

16:35 - 17 Yanvar 2024 - HADİSƏ

Rusiyanın A-50 radar təyyarəsi mürəkkəb Ukrayna raket fırıldağı sayəsində vurulub.

Ucnoqta.az xəbər verir ki, Forbes analitiki Tom Kuper belə qənaətə gəlib. Onun versiyasına görə, təyyarənin vurulmasına belə baş verib:

Birincisi, Ukraynanın Su-24 bombardmançı təyyarələri işğal olunmuş Krımda hədəflərə zərbələr endirib, bir neçə radarı sıradan çıxarıb və beləliklə də Rusiyanın yerüstü radarlarının əhatə dairəsini sıxışdırıb.

Rusiya komandirləri daha sonra A-50U-ya daha şimala hərəkət etməyi əmr etdi ki, bununla da Krımın əksər hissəsində radar əhatəsini genişləndirsin. Təyyarəni müşayiət etmək üçün göyərtəsində təxminən 10 nəfərlik ekipaj olan İl-22M hava komandanlığı məntəqəsi göndərilib.

A-50-nin ən şimal uçuş yolu cəbhə xəttindən 75 mil məsafədə olan və Patriot sisteminin əhatə dairəsində olan Berdyansk üzərindədir.

Yəqin ki, ukraynalılar “Patriot” sisteminin işini S-300 ilə birləşdirib və Rusiya Federasiyasının onu izləyə bilməməsi üçün hədəf məlumatlarını əldə etmək üçün sonuncunun radarını cəmi bir neçə saniyə işə salıblar. Bundan sonra onlar raket buraxblar.

Qeyd edək ki, A-50 təyyarəsi kifayət qədər bahadır - ən azı 330 milyon dollar, təkmilləşdirilmiş versiyanın qiyməti isə 500 milyon dollara qədərdir.

Xəbər xətti