Tailandın mərkəzindəki Suphan Buri əyalətində quşları qorxutmaq üçün fişənglər istehsal edən zavodda partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, “Thai Rath” qəzetinin məlumatına görə, azı 17 nəfər həlak olub.
Nəşrin məlumatına görə, partlayış saat 15:30 radələrində baş verib, zərərin radiusu 50-100 m olub.Həmin gün 20-yə yaxın fabrik işçisi işə çıxıb.
Thai Rathın qeyd etdiyi kimi, 2022-ci ilin noyabrında bu müəssisədə oxşar hadisə artıq baş vermişdi. Bir nəfər ölüb, daha üç nəfər ağır yaralanıb.