Vətəndaşlara yalan vəd verib 57 min manat ələ keçirdi

08:26 - 17 Yanvar 2024 - HADİSƏ

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara 57 min manat ziyan vuran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zəkəriyyə İsmayılov saxlanılıb.

Həmin şəxs bir neçə şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.

Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 57 000 (əlli yeddi min) manat pulunu ələ keçirmişdir.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Zəkəriyyə İsmayılovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti