Braziliyalı MMA döyüşçüsü və məşqçi Dieqo Braqa 44 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın Peşəkar Döyüşçülər Liqasının (PFL) X sosial şəbəkəsində məlumat verilib.
MMAFighting portalının məlumatına görə, Braqa Rio-de-Janeyro favelalarında oğurlanmış motosikletini tapmağa çalışarkən öldürülüb.
Braqa MMA-da 23 qələbə, səkkiz məğlubiyyət və bir heç-heçə rekordu əldə etdi. O, Çarlz Oliveyra, Milton Vieyra və Adriano Martins kimi məşhur döyüşçülərlə döyüşmüş, onların hamısı sonda UFC-də yarışmışdı.
Braqa həm də keçmiş orta çəkidə UFC çempionu Anderson Silvanın məşqçisi olub.