Avstraliyanın şimalında timsahın hücumuna məruz qalan uşaq xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “NT News” qəzeti məlumat yayıb.
Məlumata görə, Cabiru şəhəri yaxınlığında Kakadu parkında çayda çimərkən duzlu su timsahı doqquz yaşlı uşağa hücum edib. Zərərçəkmiş ağır vəziyyətdə Cabiru Şəhər Xəstəxanasına aparılıb, daha sonra helikopterlə Darvin Mərkəzi Xəstəxanasına aparılıb.
Milli parkın mühafizəçiləri yırtıcını axtarmağa başlayıb və istirahət edənləri istənilən su hövzələrindən uzaq durmağa və timsahların peyda olması barədə dərhal məlumat verməyə çağırıb. Avstraliya Milli Parklar İdarəsi qeyd edir ki, Kakadu Parkında 10 mindən çox timsah yaşayır və yağışlı mövsümün başlaması ilə yırtıcılar getdikcə sıx məskunlaşan ərazilərə yaxınlaşır və fırtına drenaj borularında gizlənə bilirlər.