"Apple"da yüzdən çox insan şirkətin markalı avtomobillərinin onlarla prototipini sınaqdan keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kaliforniya Motorlu Nəqliyyat Departamentinin (DMV) hesabatına istinadən MacReports məlumat yayıb.
Sənəddən belə çıxır ki, 2024-cü ilin əvvəlində "Apple"da şirkətin pilotsuz avtomobillərinin prototiplərini sınaqdan keçirən 162 sürücü çalışır. Ümumilikdə, Apple-ın parkında 68 avtomobil var.
Hesabatda test nəticələri ilə bağlı bəzi məlumatlar da yer alır. Həmçinin, dronların iştirakı ilə baş verən qəzalar haqqında məlumatlar var. Məsələn, Apple markalı avtomobillə son qəza 23 oktyabr 2023-cü ildə qeydə alınıb.
Hadisə Apple idarəetmə sistemi olan Lexus avtomobili ilə baş verib. Qəza zamanı avtomobil əllə idarə olunub. Digər sürücü ötmə zamanı “Lexus”un yan güzgüsünə çırpılıb. Heç bir insan xəsarət almayıb.