Perinatal Mərkəzdəki yanğınla bağlı Baş Prokurorluq məlumat yaydı

08:21 - 9 Yanvar 2024 - HADİSƏ

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti