Yanvarın 4-nə keçən gecə Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrinin sındırılması, salonunun isə yandırılması barədə polisə məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.