Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan “Toyota Prius” markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildirilib.
Qeyd olunub ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.