Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.
17:28
Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.
Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.
Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.
Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.