Xətai rayonu ərazisində mənzillərin birindən 14 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.