Bakıda evdən 20 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

11:25 - 1 Yanvar 2024 - HADİSƏ

Bakıda evdən 20 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılınb.

Araşdırma aparılır.

Xəbər xətti